Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstək məhduddur
03.09.2026 [14:05]
Xəbərin mətni
2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda 437 nəfər mina partlayışlarının qurbanı olub – həlak olub və ya xəsarət alıb. Hər yeni qurban təkcə humanitar faciə deyil, bu, ailələr üçün psixoloji zərbədir. Eyni zamanda, cəmiyyətə müharibənin hələ tam olaraq geridə qalmadığını xatırladan bir mesajdır. Bu isə qaçılmaz olaraq normallaşma prosesinə, cəmiyyətin inamına mənfi təsir göstərir. Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.