Mariyana Kuyundziç: Aİ mina fəaliyyəti sahəsində Azərbaycan üçün etibarlı və uzunmüddətli tərəfdaş olaraq qalır
03.09.2026 [14:45]
Xəbərin mətni
Təcrübə göstərir ki, mina fəaliyyəti ilə yenidənqurma prosesi paralel aparılmalıdır. Bərpa prosesi uzunmüddətli planlaşdırma, güclü institutlar və hər şeydən əvvəl, zərər çəkmiş icmaların ehtiyacları nəzərə alınmaqla həyata keçirildikdə daha səmərəli olur. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.