Türk nümayəndə: Humanitar minatəmizləmənin gələcəyi insanın maşınla əvəz olunmasında deyil
03.09.2026 [18:05]
Xəbərin mətni
Süni intellekt və digər rəqəmsal texnologiyalar humanitar minatəmizləmədə böyük imkanlar yaratsa da, onların əsas vəzifəsi insan qərarını əvəz etmək deyil, mütəxəssislərin qərarvermə imkanlarını gücləndirməkdir. Müasir texnologiyaların tətbiqi insan həyatının qorunmasına və təhlükəli zonalarda personalın iştirakının minimuma endirilməsinə xidmət etməlidir. Bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiya” mövzusunda panel sessiyada çıxışı zamanı Türkiyə Müdafiə Nazirliyinin Minalarla Mübarizə Mərkəzinin şöbə müdiri Fatih Yel deyib.