Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seneqallı nazir: İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq

04.09.2026 [15:23]

Xəbərin mətni

2027-ci ilin aprel ayında Seneqal Respublikasının paytaxtı Dakar şəhəri Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresinə ev sahibliyi edəcək. Konqresin təşkili perspektivində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi ilə Anlaşma Memorandumu imzalamaq üçün Azərbaycana gəlmişik. İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq və əminik ki, bu, İƏT-ə üzv olan bütün ölkələrin bu konqresə səfərbər olunmasına imkan verəcək. Bunu jurnalistlərə açıqlamasında Seneqal Respublikasının dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Diante deyib.