Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir
04.09.2026 [22:01]
Xəbərin mətni
Tacikistan ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. İki ölkə arasında əlaqələrin formalaşması və müstəqillik illərində mərhələli şəkildə inkişaf etməsində dövlət başçılarının siyasi iradəsi mühüm rol oynayıb. Tacikistan Prezidenti, Tacikistan xalqının lideri Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində ikitərəfli münasibətlər bu gün yüksək səviyyəyə çatıb. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon deyib.