Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir
05.09.2026 [18:23]
Xəbərin mətni
Almaniyanın paytaxtı Berlində dünyanın ən böyük istehlak elektronikası və məişət texnikası sərgilərindən olan "IFA 2026" beynəlxalq sərgisi keçirilir. Tarixi "Radio sərgisi" (Funkausstellung) ənənələrinə söykənən və dünyanın ən qədim sənaye platformalarından biri hesab edilən IFA bu gün qlobal innovasiyaların əsas mərkəzi kimi çıxış edir. Sentyabrın 8-dək davam edəcək möhtəşəm texnologiya forumu təkcə sənayenin son nailiyyətlərini nümayiş etdirmir, həm də gələcəyin rəqəmsal trendlərini müəyyənləşdirir.