Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək

07.09.2026 [14:12]

Xəbərin mətni

Azərbaycanda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılması istiqamətində işlər davam etdirilir. 2027-ci ilin sonunadək ümumi gücü təxminən 2 giqavat olan 11 Günəş və külək elektrik stansiyasının istismara verilməsi və şəbəkəyə qoşulması nəzərdə tutulur. Bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev deyib.