Baş direktor: Bakı Limanı artan yük həcminin qarşılanmasına hazırdır
09.09.2026 [12:55]
Xəbərin mətni
Regionda baş verən geoiqtisadi vəziyyət, toqquşmalar Bakı Limanının fəaliyyətinə təsirsiz ötüşmür. Nəzərdə tutulmayan yük həcmləri meydana gələ bilir, bu gün həmin yüklərin və ümumiyyətlə Orta Dəhliz üzrə artan yük həcminin qarşılanması məqsədilə Bakı Limanı tərəfindən tədbirlər həyata keçirilir. Bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov deyib.