Azərbaycan və Gürcüstan Dəmir yolları ortaq IT platformanın yaradılmasını planlaşdırır
09.09.2026 [13:07]
Xəbərin mətni
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Gürcüstan Dəmir Yolları” arasında vaqonların hərəkətinin cədvəl üzrə planlaşdırılması üçün ortaq IT platformasının yaradılması, Qazaxıstanda isə dəmir yollarının elektrikləşdirilməsinin davam etdirilməsi planlaşdırılır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində keçirilən “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfransda deyib.