“Sabah”ın baş məşqçisi: Təsəvvür etdiyimizdən də yüksək səviyyəyə çatmışıq
10.09.2026 [11:57]
Xəbərin mətni
Həqiqətən də, anlayıram ki, bəzən təsəvvürümüzə belə sığmayan bir səviyyəyə çatmışıq. Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas bunu UEFA Çempionlar Liqasının liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə mətbuat konfransında deyib. V.Dambrauskas klubun cəmi 9 yaşının olduğunu xatırladıb: “Biz daha əvvəl nə Konfrans Liqasına, nə də Avropa Liqasına vəsiqə qazanmışdıq. Əvvəlki illərdə ardıcıl iki mərhələni belə keçməmişdik. İndi isə birdən-birə Çempionlar Liqasındayıq”.