Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sabah”ın futbolçusu: “Mançester Yunayted”lə oyundan çox şey öyrəndik

11.09.2026 [10:59]

Xəbərin mətni

“Sabah”ın futbolçusu Coy-Lens Mikels “Mançester Yunayted”lə oyundan sonra AZƏRTAC-a özəl açıqlamasında qarşılaşmanın çətin keçdiyini bildirib. “Çətin oyun oldu, amma Mançesterdə belə bir matç keçirdiyimiz üçün şadam. “Mançester Yunayted” kimi rəqiblə qarşılaşmaq bizim üçün yaxşı təcrübədir və bu, növbəti oyunlarda inkişaf etməyimizə kömək edəcək. Düşünürəm ki, bu matçdan çox şey öyrəndik”, – deyə o bildirib.