Hikmət Hacıyev: Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik
11.09.2026 [14:14]
Xəbərin mətni
25 il əvvəl Nyu-York şəhərində Amerika Birləşmiş Ştatlarına qarşı dəhşətli və amansız bir terror aktı törədildi. Bu, yalnız ABŞ-yə qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı idi. Biz bu dəhşətli günü xatırlayır, eləcə də günahsız qurbanların xatirəsini yad edirik. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzindəki çıxışı zamanı söyləyib.