Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan səfiri: Xankəndidə uzunmüddətli şəhər inkişafı ilə bağlı konsepsiya həyata keçirilir

11.09.2026 [16:02]

Xəbərin mətni

Xankəndidə şəhərin inkişafı ilə bağlı uzunmüddətli və hərtərəfli işlənib hazırlanmış konsepsiya həyata keçirilir və bu proses genişmiqyaslı bərpa və quruculuq işləri ilə müşayiət olunur. Bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Xankəndiyə səfəri çərçivəsində AZƏRTAC-a eksklüziv açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov deyib.