Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycanın yürütdüyü siyasət Türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıb

18.09.2026 [12:07]

Xəbərin mətni

Azərbaycanın yürütdüyü siyasət Türk dövlətləri arasında çox ciddi inteqrasiyaya gətirib çıxarıb. Azərbaycan 44 günlük müharibə və antiterror əməliyyatları nəticəsində regionumuzda yeni reallıqlar yaradıb. Nəticə etibarilə, bu dəyişikliklər təkcə Cənubi Qafqazda deyil, eyni zamanda, Mərkəzi Asiyada, Avrasiyanın orta xəttində də sezilməyə başlayıb. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri politoloq Zaur Məmmədov söyləyib.