Qazaxıstanda həlak olan hərbçilərin xatirəsi anılır
25.09.2026 [14:51]
Xəbərin mətni
Qazaxıstan Xəzər dənizində keçirilən hərbi təlim zamanı həlak olan hərbçiləri anır. Sentyabrın 25-i Qazaxıstanda ümummilli matəm günü elan edilib. Azərbaycan tərəfi baş verən faciə ilə əlaqədar Qazaxıstana başsağlığı verib, Aktaudakı Azərbaycan diasporunun nümayəndələri isə axtarış-xilasetmə əməliyyatına cəlb olunanlara dəstək göstəriblər.