Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
26.09.2026 [09:49]
Xəbərin mətni
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iqtisadi sahədə ölkəmiz üçün prioritet istiqamətləri açıqlayıb. AZƏRTAC xəbər verir ki, bir neçə prioritet sahəni qeyd edən dövlətimizin başçısı bildirib: “İlk növbədə, bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Günəş və külək stansiyalarının yaradılması üçün potensial var.