Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
02.10.2026 [15:47]
Xəbərin mətni
Ənənəvi olaraq, Rusiyanın Ukraynaya qarşı müharibəsində payız-qış dövrünün başlanğıcı enerji generasiyasına hücumların başlanması ilə qeyd olunur. Bu kontekstdə 2026-2027-ci illərin payız-qış ayları da istisna olmayacaq. Rusiya Ukraynada enerji obyektlərinə hücumlara başlayıb, Bu, gözlənilən idi və hazırda yeganə məsələ Ukrayna müdafiə qüvvələrinin bu hücumlara nə dərəcədə hazır olmasıdır. Bu barədə ukraynalı ekspert İvan Us AZƏRTAC-a müsahibəsində bildirib.