Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

02.10.2026 [16:41]

Xəbərin mətni

CAMCA Regional Forumu mühüm müzakirə platformalarından biridir. Forumun əhəmiyyəti ondan ibarətdir ki, burada regionla bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır. Səsləndirilən yanaşmalar diplomatlar, alimlər və ekspertlər vasitəsilə müvafiq dairələrə çatdırılır. Bu, regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər. Bunu jurnalistlərə açıqlaması zamanı Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.