Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
14.10.2026 [13:36]
Xəbərin mətni
Türkiyənin Antalya vilayətində, Kekova adası yaxınlığında aşkarlanan gəminin qalıqlarına aid amforalar (qədim dövrlərə aid iki qulplu, dar boğazlı və uzunsov gövdəli iri qab) Anadolu yarımadasının dənizçilik tarixinə işıq salır. Təxminən 4 min 400–4 min 700 il yaşı olan amforalar qədim dövrün ticarət əlaqələri və dənizçilərin gündəlik həyatı barədə mühüm məlumatlar verir.