İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb
15.10.2026 [14:17]
Xəbərin mətni
Türkiyənin İstanbul şəhərində güclü leysan ciddi fəsadlara səbəb olub. Küçələr və yollar suyun altında qalıb, evləri və iş yerlərini su basıb, bəzi ərazilərdə insanlar təxliyə ediliblər. Fövqəladə hallar üzrə qurumlar müvafiq işləri davam etdirir.