DÜNYA


İstanbulda silahlı dava təhlükəsizlik kamerasında

İstanbulun Güngörən qəsəbəsində maşınını bir mağazanın qabağında park edən adamla həmin mağaza işçisinin arasında mübahisə yaranıb. Davaya çevrilən mübahisə avtomobil sahibinin işçini silahla ayağından yaralaması ilə sonlanıb. Yaralı xəstəxanaya çatdırılıb, hadisəni törədən şəxs isə oradan uzaqlaşmağı bacarıb. Hadisə mağazanın təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.
Video : cihan.com.tr