Paris yanır, Brüssel susur: Avropa institutları Fransadakı mənzərə qarşısında niyə səssiz qalıb?
19.10.2026 [16:48]
Fransada küçələri bürüyən mənzərəni anlıq etiraz kimi təqdim etmək doğru olmazdı. Bu, illərdir yığılıb qalan qəzəbin təzahürüdür. Makronun ikinci mandatı ilə birlikdə Fransa siyasətində yeni bir üslub formalaşdı - müzakirə yox, qəti qərar. Yəni, sosial dövlət prinsipi tədricən arxa plana keçirildi, xalqın küçəyə çıxıb danışdığı hər mövzu - istər “Sarı jiletlilər”in ədalət tələbi, istər pensiya islahatlarına qarşı aylarla davam edən tətil dalğası Yelisey sarayında eyni laqeydliklə qarşılandı. Nəticə isə bu gün göz qabağındadır. Hər kiçik insidentə görə başqa ölkələrə insan haqları dərsi keçən Avropa Parlamenti və Avropa institutları isə bu mənzərə qarşısında susur. Brüssel bürokratiyası Parisin mərkəzində dinc nümayişçilərə qarşı zorakılığı görmür. Bu, klassik Avropa ikiüzlülüyüdür - coğrafiya dəyişəndə prinsiplər də dəyişir.