Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəhəng it kişiyə hücum etdi - Həyəcanlı kadrlar

20.02.2016 [12:46]

Çində Tibet mastifi cinsindən olan it yoldan keçən kişiyə hücum edib. 62 yaşlı Sun 75 kq çəkisi olan itlə tutaşıb. İt onun qollarını dişləyib, amma Sun itin onun boğazına ağız atmaması üçün əli ilə mastifin boğazından yapışıb. Sonra iti yerə sıxaraq 30 dəqiqə kömək gələnədək gözləməli olub.
Video: CCTVNews