Professor Orxan İsayev: Almaniyadakı azərbaycanlı həkimlərin təcrübəsi səhiyyəmizin inkişafına töhfə verir
25.10.2026 [12:59]
Xəbərin mətni
Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) silsilə tədbirlərinin keçirilməsi həm Azərbaycan səhiyyəsi, həm də Almaniyada çalışan azərbaycanlı həkimlərin bu səhiyyə sisteminə inteqrasiya olunması, bilik və təcrübə mübadiləsi, eləcə də Azərbaycandan gəlmiş mütəxəssislərin inteqrasiyasının sağlam şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Orxan İsayev AMD-nin illik konfransı çərçivəsində verdiyi açıqlamasında bildirib.