Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Ramazan Cabbarlı: Almaniyadakı həkimlərimiz iki ölkə arasında elmi və tibbi körpü yaradırlar

25.10.2026 [13:55]

Xəbərin mətni

İyirmi bir ildir Almaniyada həkim kimi fəaliyyət göstərirəm. Bu müddətdə daim universitet klinikalarında çalışmışam. 12 il Essen Universiteti Klinikasında, ondan əvvəl isə 9 il Frayburq Universiteti Klinikasında işləmişəm. Bu dövr ərzində Almaniyada azərbaycanlı həkimlərin sayının kəskin artmasının şahidi olmuşam. Bu gün Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) 6-cı illik konfransında iştirak etmək də məhz bu baxımdan mənim üçün böyük məmnunluq doğurur. Bunu AZƏRTAC-a açıqlamasında Almaniyanın Essen Universiteti Klinikası Neyrocərrahiyyə şöbəsinin həkimi, professor Ramazan Cabbarlı bildirib.