Nihal Saad: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ən mühüm qlobal platformalardan biridir
26.10.2026 [15:10]
Xəbərin mətni
BMT sistemi daxilində mədəniyyətlərarası və dinlərarası dialoqa rəhbərlik edən əsas qurumlardan biri kimi, BMT-nin Sivilizasiyalar Alyansı qlobal platforma yaratmaq istiqamətində yorulmadan çalışır. Biz son 20 il ərzində beynəlxalq nüfuz qazanmış şəbəkələrimiz vasitəsilə dövlət və qeyri-dövlət aktotlarını bir araya gətiririk. Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad Bakıda oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.