FIFA U-15 dünya çempionatı və festivalı çərçivəsində qida təhlükəsizliyinə nəzarət tədbirləri davam etdirilir
26.10.2026 [17:05]
Xəbərin mətni
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı çərçivəsində tədbir iştirakçılarının təhlükəsiz qidalanmasının təmin olunması məqsədilə nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları idmançıların və tədbirə gələn qonaqların qidalanmasının təşkili ilə bağlı məkanlarda qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət edirlər.