Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik
26.10.2026 [17:23]
Xəbərin mətni
Azərbaycan Afrika qitəsi ilə əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir. Bizim Afrika ilə tarixi bağımız var. Sovet dövründə bir çox tələbələr Azərbaycanda oxuyublar və onlar öz ölkələrinin inkişafına töhfə verməyə davam edirlər. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.