MƏDƏNİYYƏT


Bu gün su çərşənbəsidir

Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi bu gün - fevralın 27-də, Od çərşənbəsi martın 6-də, Yel çərşənbəsi martın 13-də, İlaxır çərşənbə - Torpaq çərşənbəsi isə martın 20-i qeyd ediləcək. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir.
Novruz bizim diyara məhz su çərşənbəsi ilə qədəm qoyur. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Ömrünüz su qədər uzun olsun!
Su çərşənbəniz mübarək!