Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir

11.11.2026 [22:41]

Bakıda eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı ilk dəfədir keçirilir. Bunu Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov Avropa çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.