“Qalaaltı Hotel & SPA”: müalicə və istirahətin vəhdət təşkil etdiyi müasir məkan
10.03.2016 [12:41]
Xəbərin mətni
Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi istifadəyə verildiyi qısa müddət ərzində turistlərin marağını cəlb edib. Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin avqustun 8-də açılışı olan kompleksin xidmətlərindən indiyədək 10 minə yaxın turist yararlanıb. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən istirahət kompleksində dincələnlərin təxminən 12 faizi əcnəbilər olub.