SİYASƏT


Ağdam kəndləri erməni hərbçilərin hədəfində - REPORTAJ

Bu günlərdə erməni hərbçilərinin hədəfindəki yaşayış məntəqələrindən biri də Ağdam olub. AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları xəbər verirlər ki, Ağdam rayonunun Sarıcalı, Zəngişalı, Evoğlu, Əfətli və digər kəndləri minaatanlardan və ağır artilleriyadan davamlı atəşə məruz qalıb. Rayonda bir məktəb, 21 ev dağıdılıb, 1 mülki şəxs həlak olub, 8 nəfər yaralanıb.