DÜNYA


Amerikalı selfiyə görə 20 il həbs cəzası alıb

Kaliforniyada baş verən yanğın fonunda selfi çəkən ABŞ vətəndaşı 60 milyon dollar cərimə və 20 il həbs cəzasına məhkum edilib. AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Ueyn Allen Hantsmen meşə massivində yanğın törətdiyini boynuna alıb. O, lovğalanmaq üçün yanğının fonunda şelfi çəkdirərək polisin diqqətini cəlb edib. Hantsmen qaladığı iki tonqal arasında çəkdiyi videonu onu yanğın zonasından çıxarmaq istəyən sürücüyə göstərib. Sürücü isə bu hadisəni videoya çəkərək hüquq mühafizə orqanlarına verib. Bundan bir neçə gün sonra Hantsmen həbs olunub. Video: Vern Pierson