Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlar ayda 150 manat ödəməklə mənzil ala biləcəklər

13.04.2016 [19:02]

Sosial mənzilləri yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi tikəcək. Sosal mənzillərdən sadəcə aztəminatlı ailələr yararlana biləcək. Agentliyin inşa etdiyi çoxmərtəbəli yaşayış binaları Türkiyə modelindəki kimi əsasən ekonom mənzillərdən, yəni 2 otaqlı, sahəsi təxminən 50 kvadrat metr olacaq. Vətəndaşlar ayda 100-150 manat ödəməklə belə bir mənzilə sahib ola biləcək.