MƏDƏNİYYƏT


Enrike İqlesiasdən azərbaycanlı pərəstəşkarlarına mesaj

“Formula 1” oyunları ərəfəsində Bakıya gələcək dünyaca məşhur müğənni Enrike İqlesias azərbaycanlı sevənlərinə müraciət ünvanlayıb. Müğənninin sosial şəbəkədə özünün rəsmi səhifələrində paylaşdığı videoda deyilir: “Salam, Azərbaycan. Bu, Enrike İqlesiasdır. Formula 1 yarışı zamanı Bakıda xüsusi şouda görüşənədək”. Qeyd edək ki, “Formula 1” yarışları iyunun 17-dən 19-na kimi keçiriləcək. İqlesiasın konserti isə iyunun 18-də baş tutacaq.