Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astanada keçirilən festivalda Azərbaycan guşəsi

02.05.2016 [15:55]

Xəbərin mətni
Astanada Qazaxıstanın müstəqilliyinin 25 illiyi münasibətilə 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalı (IFLC-2016) keçirilib. Astananın ən böyük təhsil ocağı sayılan NURORDA-nın təşkilatçılığı ilə Mərkəzi Konsert Sarayında keçirilən festivalda 25 ölkə təmsil olunub. Hər bir ölkənin ərazisi, mədəniyyəti, adət-ənənələri haqda məlumat verilib, milli geyimləri nümayiş etdirilib.