Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü Yürüşündə Azərbaycan bayrağı

23.05.2016 [02:04]

Nyu-Yorkda ənənəvi Türk Günü Yürüşü və Festivalı keçirilib. Val Stretdǝ tǝşkil edilǝn bayraq mǝrasimi ilǝ başlayan festival tǝdbirlǝri Broklin bǝlǝdiyyǝsindǝ davam edib. Türk Amerika Cǝmiyyǝtlǝri Federasiyası tǝrǝfindǝn tǝşkil edilǝn tǝdbirǝ ABŞ-dakı Türk icmasının nümayǝndǝlǝri qatılıb. 35-ci Türk Günü Yürüş vǝ Festivalında hər il olduğu kimi həmyerlilərimiz də iştirak ediblər. VİDEO: Anadolu Agentliyi