“Euronews”da Azərbaycan çayı haqqında sujet yayımlanıb
11.06.2016 [12:08]
“Euronews” telekanalının “Açıqcalar” layihəsinin növbəti buraxılışı Azərbaycanın çay mədəniyyətinə həsr olunub. “Euronews”un müxbiri Simus Kerni bildirir ki, qara çay Azərbaycanda ən çox istifadə edilən çay növüdür. Bu çay əsasən Lənkəran-Astara bölgəsində becərilir.