Ərzurum Böyükşəhər Bələdiyyəsinin Mehtər Tağımı Naxçıvanda yürüş keçirəcək
16.06.2016 [16:13]
Türkiyənin Ərzurum Böyükşəhər Bələdiyyəsinin Mehtər Tağımı Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun hərbi orkestri ilə birlikdə yürüş keçirəcək. Bu məqsədlə Muxtar Respublikada qonaq olan tağımın nümayəndələri bir sıra gəzməli-görməli yerlərdə olublar.