Azərbaycan Dövlət İnformasiya Agentliyi

İçərişəhərdə açıq havada yoqa sessiyası keçirildi

23.06.2016 [12:53]

Bakıda “Yoqa həftəsi”nə start verilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT təşkilatının dəstəyi və Yoga Shahinin təşkilatçılığı ilə Hindistanın Bakıdakı səfirliyi tərəfindən “Yoqa həftəsi”nə start verilib. Tədbirlər çərçivəsində İçərişəhərdə açıq havada yoqa sessiyası keçirilib.