142-“Çağrı mərkəzi” tərəfindən iyunda 10 mindən çox müraciət cavablandırılıb
23.06.2016 [18:51]
Sosial təminat , əmək qanunvericiliyi, əlillik müayinəsinin aparılması və digər məsələlərlə bağlı suallara cavab tapmaq üçün gün ərzində yüzlərlə vətəndaş 142 -“Çağrı mərkəzi” ilə əlaqə saxlayır. Zənglər isə həm şikayət , həm sorğu , həm də təklif xarakterli olur. Mərkəzə daxil olan zənglərin çox hissəsi isə vətəndaşların sorğularından ibarətdir.