CƏMİYYƏT


Xaçmazda şaftalı yığımı başlayıb: 1kq - 70 qəpik -1 manat

Xaçmazlı təsərrüfatçılar şaftalı bağlarından məhsul yığımına başlayıblar. Bu günlərdə bağlardan şaftalının “Zolotoy” və “Fədai” kimi tezyetişən sortları yığılır. AZƏRTAC xəbər verir ki, qeyri-sabit hava səbəbindən bu mövsüm şaftalı bağlarında məhsuldarlıq aşağı olsa da, meyvənin qiyməti təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını 70 qəpik-1 manata satırlar.