CƏMİYYƏT


Bakıda qəza zamanı Honda avtomobili çevrilib

Bakının Bəşir Səfəroğlu və Kiçik dəniz küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Honda CR-V və Seat İbiza avtomobillərinin toqquşması nəticəsində Honda avtomobili çevrilib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları gəlib. Qəza zamanı xəsarət alan olmayıb. İlkin versiyaya görə, qəzaya səbəb Honda markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarına əməl etməməsi olub.