Bakıda BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə sənədi imzalanıb
12.07.2016 [13:26]
Xəbərin mətni
İyulun 12-də Bakıda 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı (BMT)-Azərbaycan Tərəfdaşlıq Çərçivə sənədinin imzalanma mərasimi keçirilir.
İmzalanma mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən kompleks islahatlar barədə məlumat verib.