AZƏRTAC-ın fotomüxbirinin adı dünyanın ən yaxşı fotoqrafları siyahısında
22.07.2016 [16:24]
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun adı dünyanın ən yaxşı fotoqrafları siyahısına daxil edilib. 2015-ci ilin yekunlarına görə, adı Amerika Fotoqrafiya Cəmiyyətinin ənənəvi sorğu kitabçasına daxil edilən istedadlı fotoqrafımız mətbuat günündə təəssuratlarını bizimlə bölüşüb.