CƏMİYYƏT


Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun təməli qoyulub

Avqustun 6-da Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.