Azərbaycan Dövlət İnformasiya Agentliyi

İngiltərədə aviaşou zamanı təyyarə suya düşdü

16.08.2016 [15:41]

İngiltərənin Kent qraflığının Ern-bey şəhərində keçirilən aviaşou zamanı təyyarə çimərlik yaxınlığında dənizə düşüb. Hadisə şahidlərinin köməyi ilə pilot xilas edilib. Təşkilatçılar bildirib ki, pilot yüngül zədələr alıb.