Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksində dincələn turistlərin 25 faizi əcnəbilərdir

16.08.2016 [15:49]

Xəbərin mətni
Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin xidmətlərindən indiyədək 23 min turist yararlanıb. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən istirahət kompleksində dincələnlərin 5 min 900 nəfəri əcnəbilər olub.