Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli güləşçidən Azərbaycana maraqlı jest

17.08.2016 [14:30]

“Rio-2016”da Türkiyəyə üçüncü medalı qazandıran güləşçi Cenk İldem Türkiyə-Azərbaycan dostluğunu bir daha nümayiş etdirən maraqlı jest edib. Bürünc medal qazanan idmançı Türkiyə və Azərbaycan bayrağını birgə dalğalandırıb. Bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.