Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Qəbələ" və "Qarabağ" pley-off mərhələsində ilk oyununu keçirir

18.08.2016 [17:08]

Bu gün Azərbaycanın iki klubu Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək. Ardıcıl üçüncü dəfə qrup mərhələsinə vəsiqə qazanmaq şansı olan “Qarabağ” səfərdə “Yöteborq” ilə qarşılaşacaq. “Qəbələ” isə “Dalğa Arena”da Sloveniya təmsilçisi “Maribor”la qarşılaşacaq.